Xəzər Xəbər

Roma Katolik Kilsəsinin rəhbəri Robert Fransis Prevost olub

Dünya | 21:41 • 8 May 2025
Roma Katolik Kilsəsinin rəhbəri Robert Fransis Prevost olub

Yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri ABŞ-dan olan kardinal Robert Fransis Prevost seçilib.

Xezerxeber.az xəbər verir ki, katoliklərin yeni ruhani lideri Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılıb. Papa XIV Leo Müqəddəs Pyotr Kilsəsinin eyvanından Müqəddəs Pyotr meydanına toplaşan təxminən 150 min nəfəri salamlayıb. O, çıxışında dünyada sülh üçün çağırış edib.

Qeyd edək ki, onun adı XIV Leo olacaq.

Uzun illər Peruda işləyən 69 yaşlı Prevost yoxsullara münasibəti və immiqrasiya siyasətləri baxımından Papa Fransisklə oxşar fikirlərə sahibdir.

Robert Fransis Prevost ABŞ-dən seçilən ilk Papadır. 

 

Xəbər lenti

Çox oxunanlar