Xəzər Xəbər

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havada toqquşub

Dünya | 13:58 • 7 May 2025
İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havada toqquşub

İtaliya Hərbi Hava Qüvvələrinin milli akrobatika komandasına məxsus təyyarələr qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, “Frecce Tricolori” akrobatika komandasına məxsus “MB-339” tipli 3 təyyarə Pantelleriya adasında keçirilən uçuş zamanı havada toqquşub. Qəzadan sonra təyyarələr təcili eniş edib. Təyyarələrdən biri uçuş-enmə zolağından çıxıb.

İki pilot qəza nəticəsində xəsarət almayıb, biri isə ayağının sınığı şübhəsi ilə xəstəxanaya aparılıb.

Xəbər lenti