Xəzər Xəbər

Kanadada avtomobil kütlənin üzərinə sürülüb, ölənlər var YENİLƏNİB

Dünya | 15:32 • 27 Aprel 2025
Kanadada avtomobil kütlənin üzərinə sürülüb, ölənlər var

Kanadanın Vankuver şəhərində festival zamanı avtomobilin kütlənin üzərinə sürülməsi nəticəsində ölənlərin sayı artıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Vankuver polisi "X" səhifəsində məlumat yayıb.

Vankuver polisi Filippin Lapu-Lapu festivalında yolsuzluq avtomobilinin izdihamın üzərinə sürməsi nəticəsində 9 nəfərin öldüyünü təsdiqləyib.

10:43

Kanadanın Vankuver şəhərində festivalda avtomobil izdihamın üzərinə sürülüb, ölən və yaralananlar var.

Xezerxeber.az xəbər verir ki, bu barədə şəhər polisi sosial şəbəkədə məlumat yayıb.

“Axşam saat 20:00 radələrində sürücünün avtomobili küçə festivalında izdihamın üzərinə sürməsi nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Sürücü saxlanılıb”, – məlumatda deyilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti