Xəzər Xəbər

Kreml: Kursk vilayəti azad edilib

Dünya | 15:13 • 26 Aprel 2025
Kreml: Kursk vilayəti azad edilib

Rusiyanın Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatı başa çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Kursk vilayətinin azad olunması əməliyyatının başa çatması ilə bağlı Ali baş komandan Vladimir Putinə məruzə edib.

Kremldən bildirilib ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətini Ukrayna hərbçilərindən tamamilə azad edib.

Xəbər lenti

Çox oxunanlar