Xəzər Xəbər

Zelenski və Tramp Romada görüşüblər FOTO

Dünya | 14:28 • 26 Aprel 2025
Zelenski və Tramp Romada görüşüblər

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da ABŞ Prezidenti Donald Trampla görüşüb. Hər iki lider Roma Papası Fransiskin dəfn mərasiminə gəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Liderlər Müqəddəs Pyotr Bazilikasında üzbəüz oturaraq qısa müddətə görüşüblər. Daha sonra onlara Makron və Starmer qoşulub.

Sergey Nikiforovun sözlərinə görə, görüş təxminən 15 dəqiqə davam edib.

Xəbər lenti