Xəzər Xəbər

Putinlə Trampın xüsusi nümayəndəsi arasında görüş başa çatıb YENİLƏNİB

Dünya | 18:27 • 25 Aprel 2025
Putinlə Trampın xüsusi nümayəndəsi arasında görüş başa çatıb

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, Uitkoffun olduğu avtomobil karvanı danışıqlardan sonra Kremli tərk edib.

Putinlə Trampın xüsusi nümayəndəsi arasında görüş üç saata yaxın davam edib.

15:29

Rusiya Prezidenti Vladimir Putin bu gün Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edir.

Xezerxeber.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, əlavə edib ki, danışıqların gündəmini Ukrayna problemi təşkil edəcək: "Rusiya Prezidenti Vladimir Putin Kremldə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edir. Problemin substansiyası çox mürəkkəbdir. Buna görə də belə görüşlərə bu qədər çox vaxt tələb olunur".

Xəbər lenti