Xəzər Xəbər

Rusiya Ukraynaya PUA-larla hücum edib, ölənlər və yaralananlar var

Dünya | 10:21 • 25 Aprel 2025
Rusiya Ukraynaya PUA-larla hücum edib, ölənlər və yaralananlar var

Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib.

"Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır", - o qeyd edib.

Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın baş verib.

Xəbər lenti