Roma Papası Fransiskin dəfn mərasimi şənbə günü, aprelin 26-da yerli vaxtla saat 10:00-da Müqəddəs Pyotr Bazilikasında baş tutacaq.
Xezerxeber az xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
2024-cü ilin noyabrında Fransisk tərəfindən təsdiq edilən “Roma papasının dəfn qaydası” (Ordo Exsequiarum Romani Pontificis) sənədinin yenilənmiş variantına görə, budəfəki mərasim əvvəlkilərdən fərqlənəcək.
Bir müddət öncə Roma Papasının dəfn mərasiminin sadə prosedura ilə həyata keçiriləcəyi məlum olub. Fransiskin özü isə Müqəddəs Pyotr Bazilikasında deyil, Romadakı Santa-Maria-Maggiore Bazilikasında dəfn olunmağı arzulayırdı.