Xəzər Xəbər

Zelenski Putinin atəşkəs elanına münasibət bildirib

Dünya | 19:20 • 19 Aprel 2025
Zelenski Putinin atəşkəs elanına münasibət bildirib

“Hazırda ölkəmizin ərazisində hava həyəcanı siqnalları işə düşüb. Yerli vaxtla 17:15-də səmada Rusiyaya məxsus pilotsuz uçuş aparatları qeydə alınıb”.

Xezerxeber.az xəbər verir ki, bunu “Teleqram” kanalında Ukrayna Prezidenti Volodimir Zelenski yazıb.

O qeyd edib ki, ölkəsinin hava hücumundan müdafiə sistemləri və hərbi aviasiyası işlək vəziyyətə gətirilib:

“Səmamızın üzərində “Shahed” pilotsuz uçuş aparatlarının olması Putinin həm Pasxaya, həm də insanların həyatına real yanaşmasını göstərir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində “Pasxa atəşkəsi”  elan edib.

Xəbər lenti