Xəzər Xəbər

Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər

Dünya | 08:04 • 19 Aprel 2025
Kir Starmer və Donald Tramp azad ticarət danışıqlarını müzakirə ediblər

Britaniya Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Xezerxeber.az xəbər verir ki. bu barədə Baş nazirliyin ofisi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı liderlər Birləşmiş Krallıq və ABŞ arasında davam edən məhsuldar ticarət danışıqlarını müzakirə ediblər. Baş nazir azad və açıq ticarətə sadiqliyini bir daha vurğulayıb, milli maraqların qorunmasının vacibliyini qeyd edib.

Danışıq zamanı həmçinin, Ukraynadakı vəziyyət, İranla bağlı məsələlər və Yəməndə husilərə qarşı son hərbi tədbirlər də müzakirə olunub.

Xəbər lenti