Xəzər Xəbər

Ukraynanın mineral ehtiyatlarına dair razılaşma memorandumu imzalanıb

Dünya | 09:22 • 18 Aprel 2025
Ukraynanın mineral ehtiyatlarına dair razılaşma memorandumu imzalanıb

Ukrayna və ABŞ Ukraynanın mineral ehtiyatlarına dair razılaşma memorandumu imzalayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko “Facebook” səhifəsinə məlumat yayıb.

“Bu gün biz ABŞ ilə birgə İqtisadi Tərəfdaşlıq Sazişi istiqamətində addım atdıq. Ukrayna və Amerika Birləşmiş Ştatları konstruktiv birgə işi və hər iki xalq üçün faydalı olacaq sazişi yekunlaşdırmaq və bağlamaq niyyətini nümayiş etdirən Memorandum imzalayıb”, - deyə bildirib.

Sviridenko həmçinin bəyan edib ki, ölkəsi Ukraynanın Bərpası üçün İnvestisiya Fondu yaratmağa hazırlaşır.

“Müvafiq saziş əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq”, - deyə nazir bildirib.

“Qarşıda Sazişin mətninin yekunlaşdırılması və imzalanması var. Sonra isə parlamentlər tərəfindən ratifikasiya olunacaq”, - deyə nazir qeyd edib.

Xəbər lenti