Xəzər Xəbər

Rusiyanın bu aeroportlarında uçuşlar qadağan edilib

Dünya | 09:48 • 11 Mart 2025
Rusiyanın bu aeroportlarında uçuşlar qadağan edilib

Moskvanın Vnukovo aeroportunda təyyarələrin uçuşu və qəbuluna müvəqqəti məhdudiyyət qoyulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəsmi nümayəndəsi Artyom Korenyako məlumat yayıb. 

Məlumata görə, aeroportda sərnişindaşınmalar uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə dayandırılıb. Dron hücumları ilə əlaqədar bölgədə “Xalça” rejimi tətbiq olunub.

Qeyd edilir ki, bundan əvvəl oxşar məhdudiyyətlər Şermetyevo, Jukovski və Domodedovo aeroportlarında tətbiq olunmuşdu.

Xəbər lenti