Xəzər Xəbər

Əfqanıstanda 41 səhiyyə mərkəzi ABŞ-nin yardımının kəsilməsi səbəbindən bağlanıb

Dünya | 13:52 • 12 Fevral 2025
Əfqanıstanda 41 səhiyyə mərkəzi ABŞ-nin yardımının kəsilməsi səbəbindən bağlanıb

Əfqanıstanın şərqindəki Qəzni və mərkəzi Bamiyan əyalətlərində ABŞ-nin yardımının kəsilməsi səbəbindən ümumilikdə 41 səhiyyə mərkəzi bağlanıb.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Qəzni əyalətində 15 klinika, üç yardımçı mərkəz, 17 mobil qrup, bir təhlükəsizlik mərkəzi və iki tibbi klinika, Bamiyanda isə iki tibb məntəqəsi bağlanıb.

Qeyd edək ki, ABŞ-nin humanitar yardımının dayandırılmasından sonra Əfqanıstanda 50 yardım təşkilatı fəaliyyətini dayandırıb.

Xəbər lenti