Xəzər Xəbər

Meksika Prezidenti ABŞ sərhədinə 10 min milli qvardiya əsgəri yerləşdirəcəyini açıqlayıb

Dünya | 19:59 • 3 Fevral 2025
Meksika Prezidenti ABŞ sərhədinə 10 min milli qvardiya əsgəri yerləşdirəcəyini

ABŞ Meksikaya tarifləri bir ay müddətinə dayandırıb.

Xezerxeber.az xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.

O, ABŞ Prezidenti Donald Trampla telefonla danışdığını və tarifləri bir ay müddətinə dayandırmaq barədə razılığa gəldiyini bildirib.

Şeynbaum qeyd edib ki, hər iki tərəf təhlükəsizlik və ticarətlə bağlı da razılıq əldə edib. O, Meksikanın narkotik qaçaqmalçılığını dayandırmaq üçün dərhal ABŞ sərhədinə 10 min milli qvardiya əsgəri yerləşdirəcəyini də açıqlayıb.

 

Xəbər lenti