Ukrayna Ordusu Rusiyanın Həştərxan vilayətində qaz emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bəyan edib.
Onun sözlərinə görə, dronlar region ərazisində yerləşən obyektlərə, o cümlədən yanacaq-enerji kompleksinə zərbə endirib.
Babuşkin hücumun dəqiq yerini açıqlamayıb, lakin PUA-lardan birinin düşməsi nəticəsində yanğın baş verdiyini qeyd edib.