HƏMAS Qəzzada atəşkəsə dair razılaşma çərçivəsində İsrailin bu gün azad etməli olduğu 90 məhkumun siyahısını gözləyir.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə HƏMAS-ın yaydığı bəyanatda bildirilib.
Bəyanatda nəzərə çatdırılıb ki, razılaşmaya əsasən, azadlığa buraxılacaq bir israilli girovun müqabilində 30 fələstinli azadlığa buraxılmalıdır. HƏMAS isə bu gün 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad etməlidir.
Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HƏMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HƏMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.