HƏMAS 3 israilli girovu bu gün yerli vaxtla saat 16.00-da azad edəcək.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Qeyd edilib ki, artıq bu barədə girovların ailələri məlumatlandırılıb.
Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HƏMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HƏMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.
Beləliklə, HƏMAS bu gün 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcək.