Xəzər Xəbər

Saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30-a çatıb

Dünya | 15:07 • 16 Yanvar 2025
Saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30-a çatıb

İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30-a çatıb.

Xezerxeber.az xəbər verir ki, son bir neçə gündə İstanbulun müxtəlif xəstəxanalarına saxta spirtli içkidən zəhərlənmə şübhəsi ilə 83 nəfər müraciət edib. Onlardan 30-u ölüb, 31 nəfərin müalicəsi isə reanimasiya şöbəsində davam etdirilir.

Onların kimyəvi maddələrin istehsalında istifadə edilən metanol maddəsindən zəhərləndikləri ehtimal olunur.

Xəbər lenti