Xəzər Xəbər

Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv edib

Dünya | 14:57 • 29 Noyabr 2024
Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv edib

Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişinə xitam verdiyini açıqlayıb.

Xezerxeber.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, nazirliyin nümayəndəsi Abderaman Kulamallının sözlərinə görə, sazişin ləğvi strateji əməkdaşlığa milli maraqlar əsasında yenidən baxmağa imkan yaradacaq.

Bəyanatda Çadda dislokasiya olunan təxminən min fransalı hərbçinin ölkəni tərk edəcəyi dəqiq vaxt açıqlanmayıb.

Rəsmi Paris hələlik vəziyyətə dair şərh verməyib.

Xatırladaq ki, bir müddət öncə, Mali, Burkina Faso və Niger Sahel Dövlətləri Alyansı adlı hərbi pakt imzaladıqlarını bəyan ediblər. Həmçinin onlar müdafiə sahəsində əvvəllər Parislə bağladıqları əməkdaşlıq haqqında müqavilələrə xitam verərək Fransa hərbi kontingentini öz ərazilərindən çıxarıblar.

Xəbər lenti

Çox oxunanlar