Xəzər Xəbər

Suriyada döyüşlər başladı

Dünya | 09:17 • 29 Noyabr 2024
Suriyada döyüşlər başladı

Suriya ordusunun bölmələri Hələb şəhərinin şimalında və qərbində 20-yə yaxın yaşayış məntəqəsini ələ keçən “ən-Nusra cəbhəsi” qruplaşmasının mövqelərinə əks-hücum başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Livanın “Al-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı Əl-Bakum şəhəri azad edilib.

Bundan əvvəl Suriya ordusunun digər bölgələrindən olan hərbi birləşmələr Hələbə köçürülüb. Dəməşq və Hələbi birləşdirən M-5 magistral yolu ilə hərəkət bağlanıb. Bu şəhər eyniadlı vilayətin inzibati mərkəzidir və Suriya paytaxtından 360 km aralıda yerləşir.

Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) dünən bildirib ki, “Həyat Təhrir əş-Şam” qruplaşması da Hələb və İdlibdəki döyüşlərdə iştirak edir. , Qruplaşma 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əl-Suğra və Ancaranı, habelə Suriya ordusunun Hələbin qərbindəki ən böyük bazasını ələ keçirib.

Türkiyənin Anadolu Agentliyinin hesablamalarına görə, noyabrın 28-də silahlılar Suriya hərbi birləşmələrini 32 yaşayış məntəqəsindən çıxarmağa və ümumi sahəsi 245 kvadrat km olan ərazini ələ keçirməyə nail olublar.

SOHR-in məlumatına görə, 24 saat davam edən döyüşlər zamanı 132 əsgər həyatını itirib.

Xəbər lenti

Çox oxunanlar