Xəzər Xəbər

Astronomlar Yerdən uzaqda fırlanan yeni diskli qalaktika aşkar ediblər

Dünya | 13:37 • 8 Oktyabr 2024
Astronomlar Yerdən uzaqda fırlanan yeni diskli qalaktika aşkar ediblər

Astronomlar Sekstant bürcündə, Yerdən uzaqda fırlanan diskli qalaktikaların ən qədim nümunəsini aşkar ediblər. Onlar qeyd ediblər ki, bu qalaktikanı Böyük partlayışdan cəmi 700 milyon il sonra olduğu vəziyyətdə müşahidə etmək olar.

Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidmətinin məlumatına görə, Süd Yolu kimi fırlanan qədim diskli qalaktikanın kəşfi ilkin Kainatın xaotik şəkildə düzülən və müasir tarixi dövrdə kosmosu dolduran ciddi nizamlı qalaktikalara çevrilmə sürəti ilə bağlı nəzəriyyəni şübhə altına alır.

Leid Universitetinin astronomu Lusi Rouland bildirib ki, diskli qalaktikalar Kainatda ən çox yayılmış obyektlərdən biridir və qalaktikaların ümumi sayının təxminən 60 faizini təşkil edir. Bu kateqoriyaya həm spiral, həm də lentikulyar qalaktikalar daxildir. Diskli qalaktikanın forması onlarla və ya yüz milyardlarla ulduzdan ibarət yastı diskə bənzəyir. Bu silsiləyə Süd Yolu və onun ən yaxın böyük qonşuları daxildir.

Astronomlar keçmişdə belə qalaktikaların erkən Kainatda əhəmiyyətli sayda olmadığına inanırdılar, çünki onlar hesab edirdilər ki, qalaktikaların birləşməsinin yüksək tezliyi və fövqəlkütləli qara dəliklərin fəaliyyət səviyyəsinin artması Süd yolu və onun analoqları kimi qədim qalaktikaların Kainat üçün xarakterik olan nizamlı quruluşu əldə etməsinə mane olur. Rouland bu fikrin yanlış olduğunu ALMA mikrodalğalı teleskopundan istifadə edərək, erkən Kainatın müşahidələri vasitəsilə aşkar edib.

Alimlərin qeyd etdiyi kimi, bu teleskop ən soyuq qaz və toz axınlarının hərəkətini görmək iqtidarındadır, Astronomlar bu yaxınlarda yerüstü tədqiqat teleskopundan Sekstant bürcündə kəşf edilmiş REBELS-25 qədim qalaktikasının strukturunu müəyyən etmək üçün istifadə ediblər. ALMA-nın müşahidələri göstərdi ki, bu obyekt ilkin kainata xas olan xaotik elliptik qalaktika deyil, əksinə, kütləsi Günəşi təxminən 10 milyard dəfə üstələyən böyük diskli qalaktikadır.

Astronomları qeyd etdiyi kimi, bu rəqəm Süd Yolunun kütləsindən yalnız kiçik bir nümunədir ki, bu da ilkin Kainatda bizim qalaktikamıza çox oxşar olan böyük diskli qalaktikaların mövcudluğunu göstərir. Bu kəşf qalaktikaların təkamülü ilə bağlı mövcud nəzəriyyələrin natamamlığına işarə edir. Alimlər belə bir nəticəyə gəliblər ki, böyük spiral və lentikulyar qalaktikalar daha sonra Kainat daha az xaotik vəziyyətdə olanda və sakitləşəndə formalaşmağa başlayıb. (AZƏRTAC)

Xəbər lenti

Faktiki hava Açıqlandı
09:30 • 14 Dekabr 2024