Xəzər Xəbər

Gürcüstan parlamentinin sədri etirazlara səbəb olan qanunu təsdiqləyib

Dünya | 12:39 • 3 Oktyabr 2024
Gürcüstan parlamentinin sədri etirazlara səbəb olan qanunu təsdiqləyib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.

O deyib: “Bu gün Gürcüstan Konstitusiyasına uyğun olaraq, mən "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" Qanunu imzaladım.

Mən başa düşürəm ki, bu qanunun imzalanması bəzi xarici tərəfdaşların tənqidinə səbəb olacaq, lakin gürcülər heç vaxt başqalarının fikirlərindən qorxmayıblar. Biz bunun üçün minilliklər sərf etdik. Bu yolla biz öz kimliyimizi qoruyub saxlamışıq”.

Qeyd edək ki, daha öncə Prezident Salome Zurabişvili həmin qanunu imzalamaqdan imtina edərək parlamentə geri qaytarmışdı. Lakin o, qanuna veto qoymamışdı.

Xəbər lenti

Faktiki hava Açıqlandı
09:30 • 14 Dekabr 2024