Xəzər Xəbər

İran İsrailə raket zərbələri endirir

Dünya | 21:33 • 1 Oktyabr 2024
İran İsrailə raket zərbələri endirir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, SEPAH İsrailə raket hücumunu HƏMAS siyasi bürosunun rəhbəri, “Hizbullah”ın baş katibi və Qüds qüvvələrinin komandirinin ölümünə cavab olaraq edib.

SEPAH İsraili İranın raket zərbəsinə cavab verəcəyi təqdirdə “sarsıdıcı hücumlarla” hədələyib.

“The Jerusalem Post” qəzeti isə məlumat yayıb ki, İran İsrailə 500-dən çox raket atıb.

İsrailin hər yerində hava hücumu xəbərdarlığı elan edilib. İsrail əhalisinə təcili olaraq sığınacaqlara sığınmaq əmri verilib.

Xəbər lenti