Xəzər Xəbər

Ukrayna Təhlükəsizlik Xidməti casusluqda şübhəli bilinən şəxsi saxlayıb

Dünya | 14:13 • 10 İyul 2024
Ukrayna Təhlükəsizlik Xidməti casusluqda şübhəli bilinən şəxsi saxlayıb

Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən bir nəfəri saxlayıb.

Xezerxeber.az UNİAN-a istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs ordu birləşmələri, silah-sursat, eləcə də hərbi texnikanın dəmir yolu vasitəsilə hərəkəti barədə məlumatları qarşı tərəfə ötürməkdə şübhəli bilinir. 

İstintaq orqanı tərəfindən onun dəmir yolu infrastrukturunda işlədiyi açıqlanıb.

Qeyd edək ki, adı çəkilən ölkənin cinayət qanunvericiliyinə əsasən, bu əməl ömürlük həbslə cəzalandırılır.

Xəbər lenti

Çox oxunanlar