Ukraynanın Rusiya Silahlı Qüvvələrinə havada effektiv şəkildə müqavimət göstərməsi üçün azı 128 "F-16" qırıcısına ehtiyacı var.
Xezerxeber.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də Ronald Reyqan İnstitutunda müsahibəsi zamanı deyib.
Zelenski deyi ki, hazırda müttəfiqlərin Ukraynaya vəd etdiyi "F-16"ların sayı cəbhədəki vəziyyəti kökündən dəyişdirə bilməyəcək. Onun sözlərinə görə, "F-16"larla bağlı problem onların sayı və tədarük tarixi ilə bağlıdır: "Rusiya Ukraynaya qarşı əməliyyatlarda hər gün 300 təyyarədən istifadə edir".