Xəzər Xəbər

Fransanın keçmiş birinci xanımı dindirilib

Dünya | 09:02 • 10 İyul 2024
Fransanın keçmiş birinci xanımı dindirilib

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin arvadı Karla Bruni-Sarkozi dindirilib.

“Le Matin Suisse” saytı yazır ki, keçmiş birinci xanım şahidləri ələ almaqda və cinayətkar qrupa qoşulmaqda ittiham edilir. Söhbət 2007-ci ildə prezident seçkiləri kampaniyasında Sarkozinin Liviya fondları vasitəsilə maliyyələşdirilməsi işindən gedir. Təhqiqat çərçivəsində Karla Bruni polis nəzarətinə götürülüb və onun prosesdəki digər şəxslərlə istənilən əlaqəsi qadağan edilib.

Xəbər lenti