İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman Fələstini dövlət kimi tanıdığına görə Ermənistanı təhdid edib.
Xezerxeber.az-ın xəbərinə görə, Gendelman bu barədə özünün “Telegram” hesabında yazıb.
Onun sözlərinə görə, “Fələstinin müstəqilliyini tanıması Ermənistanın terrorçulara, HAMAS qatillərinə və buradakı digər qruplaşmalara mükafatıdır”.
“Bu addım uzunmüddətli perspektivdə İsrail-Ermənistan münasibətlərinə ciddi təsir göstərəcək”, - o qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin müstəqilliyini rəsmən tanındığı barədə bəyanat yayıb.