Xəzər Xəbər

Ukrayna Rusiyanın Su-57 qırıcısını vurduğunu İDDİ EDİB

Dünya | 08:35 • 10 İyun 2024
Ukrayna Rusiyanın Su-57 qırıcısını vurduğunu

Ukrayna Silahlı Qüvvələri müharibənin başladığı gündən bu yana ilk dəfə olaraq Rusiyanın Su-57 qırıcısını vurduğunu iddia edib.

Xezerxeber.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri qoşunların cəbhə xəttindən təxminən 600 kilometr aralıda yerləşən hərbi hava qüvvələrinin bazasında yerləşən ən müasir 5-ci nəsil rus döyüş təyyarəsi olan Su-57-ni vurub.

Qeyd edək ki, bu bəyanatlar Qərb müttəfiqlərinin Kiyevə silahlarından Rusiya ərazisinə məhdud zərbələr endirmək üçün istifadə etməsinə icazə verdikdən sonra verilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi hücumun nəticələrini əks etdirdiyi iddia edilən peyk fotolarını paylaşıb.

İdarəsinin məlumatına görə, hücum şənbə günü Rusiyanın cənubundakı Axtubinskdəki bazada, cəbhə xəttindən təxminən 589 kilometr aralıda baş verib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024