Xəzər Xəbər

Azərbaycan əsilli türkiyəli astronavt kosmosa UÇDU

Dünya | 19:55 • 8 İyun 2024
Azərbaycan əsilli türkiyəli astronavt kosmosa

Bu gün Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangir Atasever ABŞ-nin Nyu-Meksiko ştatındakı “Spaceport” kosmodromundan kosmosa uçub.

Xezerxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə və Azərbaycan bayraqları ilə başlayıb.

Təxminən bir saat yarım davam edəcək uçuş ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb.

 

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024