Xəzər Xəbər

Ukrayna parlamenti ingilis dilinin ölkə ərazisində istifadəsinə icazə verib

Dünya | 15:07 • 4 İyun 2024
Ukrayna parlamenti ingilis dilinin ölkə ərazisində istifadəsinə icazə verib

Ukrayna Ali Radası ingilis dilinin ölkə ərazisində beynəlxalq ünsiyyət vasitəsi kimi istifadəsinə icazə verən qanunu qəbul edib.

Xezerxeber.az-ın yerli mediaya istinadən məlumatına görə, sənədin lehinə 236, əleyhinə isə 3 deputat səs verib.

Bununla da ingilis dilinə Ukrayna ərazisində “ünsiyyət vasitəsi” statusu verilib.

Qanun həmçinin ingilis dilini bilmək tələbinin qoyulduğu şəxslərin əhatə dairəsini müəyyənləşdirir. Sənəddə göstərilir ki, hakimiyyət orqanları, yerli özünüidarəetmə qurumları, təhsil, mədəniyyət, nəqliyyat, səhiyyə və digər sahələrdə çalışanlar mütləq ingilis dili üzrə biliklərə malik olmalıdır.

Qanunda həmçinin ingilis dilində filmlərin nümayişini təşkil etmək üçün kinoteatrlara əlavə vəsaitin ayrılması da nəzərdə tutulur.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024