Xəzər Xəbər

Stoltenberq: NATO Kiyevi dəstəkləməyə davam edəcək

Dünya | 13:13 • 4 İyun 2024
Stoltenberq: NATO Kiyevi dəstəkləməyə davam edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq noyabrda Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərindən sonra da Avropa və ABŞ-nin Ukraynaya yardımı davam etdirəcəyini düşünür.

Xezerxeber.az xəbər verir ki, NATO-nun Baş katibi bu barədə "Sky News" telekanalına müsahibəsində deyib

“Avropalı müttəfiqlər və Birləşmiş Ştatlar ABŞ-də seçkinin nəticələrindən asılı olmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcək, çünki bu, bizim təhlükəsizlik maraqlarımıza uyğundur”, - deyə Yens Stoltenberq bildirib.

Soyuq müharibə dövrü bitdikdən sonra Qərbin hərbi sənayenin inkişafına lazımi diqqət ayrılmadığını qeyd edən Baş katib hazırda vəziyyətin tədricən dəyişdiyini vurğulayıb.

Yens Stoltenberq bir sıra ölkələr tərəfindən Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbələr endirməsi üçün Qərb silahlarından istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müsbət qiymətləndirib və bunu özünümüdafiə hüququ adlandırıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024