Xəzər Xəbər

Borrell: “Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsi Ukraynaya silah alışı üçün istifadə ediləcək”

Dünya | 08:58 • 29 May 2024
Borrell: “Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsi Ukraynaya silah alışı üçün istifadə ediləcək”

Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirin təxminən 90%-i Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etmək üçün Avropa Sülh Fonduna yönəldiləcək.

Xezerxeber.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell mətbuat konfransında deyib.

“Bizə aylardır ehtiyacımız olan yekdillik lazımdır. Mən dünən Xarici İşlər Nazirləri Şurasında bu barədə danışmışam, bu gün də bunu etdik. İstifadə edilmisini gözləyən 6,6 milyard avro var və bunun üçün lazım olan bütün alətlər hələ də təsdiqini gözləyir”, - Borrel vurğulayıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024