Ermənistan polisi bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə daxil olmasına maneçilk törədib.
Xezerxeber.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, polis zəncir şəklində düzülüb və II Qaregini Sardarapat memorial kompleksinə buraxmayıb.
Bununla bağlı sosial şəbəkələrdə video da yayımlanıb.
Qeyd edək ki, ənənəyə uyğun olaraq, mayın 28-də bütün ermənilərin katolikosu II Qaregin Sardarapat memorial kompleksini ziyarət edir, abidə önünə əklil qoyur. Daha sonra Ermənistan Respublikası uğrunda həlak olanların ruhuna dua oxuyur.