Xəzər Xəbər

Malta və Kosovo NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Dünya | 09:33 • 28 May 2024
Malta və Kosovo NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Malta və Kosovo NATO Parlament Assambleyasına (NATO PA) assosiativ üzv qəbul edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə NATO PA-nın Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yaz toplantısında qərar qəbul olunub.

Səs çoxluğu ilə assambleyanın assosiativ üzvü kimi qəbul edilən bu iki ölkə qərarların qəbulu mexanizmlərində rol oynayacaq, NATO PA-dakı nümayəndələrinin sayını artıracaq, üçüncü ölkələrə səfər edəcək müxtəlif nümayəndə heyətlərində iştirak edə biləcək.

Toplantıda 32 üzv ölkədən təxminən 400 nümayəndə iştirak edib.

Qeyd edək ki, Malta və Kosovo əvvəllər NATO PA-da müşahidəçi üzv statusunda idi.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024