Xəzər Xəbər

İspaniya və Ukrayna təhlükəsizlik haqqında müqavilə imzalayıb

Dünya | 17:11 • 27 May 2024
İspaniya və Ukrayna təhlükəsizlik haqqında müqavilə imzalayıb

İspaniyanın Baş naziri Pedro Sançes və Ukrayna Prezidenti Volodimir Zelenski Madriddə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

"El País" qəzeti yazır ki, İspaniya paytaxtına gələn Zelenskinin kral VI Filipplə də görüşü gözlənilir. İspaniya ilə təhlükəsizlik müqaviləsi Kiyevin Almaniya və İtaliya da daxil olmaqla, bir sıra digər ölkələrlə imzaladığı sənədlərə bənzəyir və Ukraynaya hərbi dəstəyi təmin etmək məqsədi daşıyır.

Qəzetin yazdığına görə, İspaniya hakimiyyəti Ukraynaya rekord məbləğdə - 1,129 milyard avro dəyərində hərbi yardım paketi vəd edir. Buraya hərbi texnikanın geniş spektri, o cümlədən Patriot raketlərinin yeni partiyası, 19 ədəd Leopard tankı, habelə İspaniya istehsalı olan çoxsaylı materiallar daxildir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024