Xəzər Xəbər

İspaniya Ukraynaya rekord məbləğdə hərbi yardım verəcək

Dünya | 13:52 • 27 May 2024
İspaniya Ukraynaya rekord məbləğdə hərbi yardım verəcək

İspaniya hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenskinin Madridə səfəri zamanı Kiyevə növbəti hərbi yardım paketinin verilməsini təsdiqləməyə hazır olduğunu bəyan edib.

"El Pais" qəzetinin yazdığına görə, məlumatlı mənbələr bu xəbəri təsdiqləyiblər.

Üstəlik, mənbələr qeyd ediblər ki, yardım rekord məbləğdə olacaq və 1 milyard 129 milyon avro təşkil edəcək.

"Ukrayna Silahlı Qüvvələrinə geniş çeşiddə silah və texnika, o cümlədən "Patriot" raketləri və 19 "Leopard 2A4" tankı veriləcək", - deyə bəyanatda bildirilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024