Xəzər Xəbər

Türkiyədə “demokratiya tarixinin qara ləkəsi” adlandırılan hərbi çevrilişdən 64 il ötür FOTO

Dünya | 13:12 • 27 May 2024
Türkiyədə “demokratiya tarixinin qara ləkəsi” adlandırılan hərbi çevrilişdən 64 il ötür

Türkiyənin demokratiya tarixinin qara ləkəsi adlandırılan, 1960-cı il mayın 27-də ölkədə baş verən dövlət çevrilişindən 64 il ötür.

Xezerxeber.az xəbər verir ki, bu hərbi çevriliş nəticəsində Türkiyənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Palatkan ilə birlikdə 15 nəfər edam edilib.

Ölkə tarixində dərin iz qoyan bu hadisədən otuz il sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən 1990-cı il aprelin 11-də qəbul edilən qanunla Adnan Menderes və onunla birlikdə edam edilənlərin günahsız olduqları öz təsdiqini tapıb.

Türkiyə dövlətinin başında duran bu insanlar edam edilmədən əvvəl Mərmərə dənizində yerləşən adalar qrupunun bir hissəsi olan “Yassıada”da mühakimə olunublar. 2013-cü ildə adı “Demokratiya və Azadlıqlar Adası” olaraq dəyişdirilən adada 2015-ci ildən yenidənqurma işləri başlanıb. Ada 2020-ci il mayın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən rəsmi mərasimlə “Demokratiya və Azadlıqlar Adası” adı ilə yenidən açılıb.

Rubrikanın digər xəbərləri

Türkiyə Ordusu İraqda şəhid
Türkiyə Ordusu İraqda şəhid Verdi
16:10 • 21 İyun 2024
Həcc ziyarəti zamanı 577 zəvvar
Həcc ziyarəti zamanı 577 zəvvar HƏYATINI İTİRDİ
08:56 • 19 İyun 2024
İranda zəlzələ olub
İranda zəlzələ olub ÖLƏNLƏR VAR
17:29 • 18 İyun 2024
İsrail generalından Rəfahda hərbi əməliyyatlar
İsrail generalından Rəfahda hərbi əməliyyatlar BARƏDƏ
17:58 • 17 İyun 2024
Həcc ziyarəti zamanı onlarla
Həcc ziyarəti zamanı onlarla insan öldü
19:51 • 16 İyun 2024

Xəbər lenti