Xəzər Xəbər

Yaponiya dünyada ürək xəstəliklərinin müalicəsində iPS-hüceyrələrdən istifadə edən ilk ölkə olacaq

Dünya | 09:26 • 25 May 2024
Yaponiya dünyada ürək xəstəliklərinin müalicəsində iPS-hüceyrələrdən istifadə edən ilk ölkə olacaq

Yaponiyada dünyada ilk dəfə olaraq induksiya edilmiş kök hüceyrələrin (iPS-hüceyrələr) istifadəsinə əsaslanan ürək xəstəliklərinin müalicəsi üsulu təsdiqlənə bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Nikkei” biznes qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Osaka Universitetinin “Qualips” tibbi startapı yaxın vaxtlarda Yaponiya Səhiyyə Nazirliyinə iPS-hüceyrələrdən istifadə etməklə ürək xəstəliklərini müalicə etməyə imkan verən öz tərtibatının kommersiyalaşdırılması və istifadəsinin təsdiqi üçün ərizə təqdim edəcək. Metod ürəyin işemik xəstəliyi olan xəstəyə iPS-hüceyrələrdən yaradılmış ürək toxumasının köçürülməsini nəzərdə tutur. Kliniki sınaqlar zamanı belə toxuma səkkiz xəstəyə köçürülüb – nəticədə onların hamısında ürək funksiyasında əhəmiyyətli irəliləyiş müşahidə olunub. Bu müalicə üsulunun ürək üçün transplantasiya əməliyyatından daha az risk daşıdığı, əməliyyatın özünün isə daha az vaxt tələb etdiyi vurğulanıb.

Təsdiq edilərsə, bu, ürək xəstəliklərinin iPS-hüceyrələrdən istifadə etməklə dünyada ilk müalicəsi olacaq.

Rubrikanın digər xəbərləri

Həcc ziyarəti zamanı 577 zəvvar
Həcc ziyarəti zamanı 577 zəvvar HƏYATINI İTİRDİ
08:56 • 19 İyun 2024
İranda zəlzələ olub
İranda zəlzələ olub ÖLƏNLƏR VAR
17:29 • 18 İyun 2024
İsrail generalından Rəfahda hərbi əməliyyatlar
İsrail generalından Rəfahda hərbi əməliyyatlar BARƏDƏ
17:58 • 17 İyun 2024
Həcc ziyarəti zamanı onlarla
Həcc ziyarəti zamanı onlarla insan öldü
19:51 • 16 İyun 2024
Ermənistanda etirazçıların kütləvi həbsinə
Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI
12:03 • 15 İyun 2024

Xəbər lenti