Xəzər Xəbər

İbrahim Rəisi Məşhəddə dəfn edilib

Dünya | 22:16 • 23 May 2024
İbrahim Rəisi Məşhəddə dəfn edilib

Helikopter qəzası nəticəsində dünyasını dəyişən İran Prezidenti İbrahim Rəisi ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərindəki İmam Rza türbəsində dəfn edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.

İranın ən mühüm ziyarətgahlarından biri olan İmam Rza türbəsində çox sayda insan mərhum prezidentin dəfn mərasiminə toplaşıb.

Qeyd edək ki, mayın 19-da ölkənin şərqində İran Prezidentinin olduğu helikopter qəzaya uğrayıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024