Xəzər Xəbər

Ermənistanda tanınmış müğənninin oğlu saxlanılıb

Dünya | 15:26 • 22 May 2024
Ermənistanda tanınmış müğənninin oğlu saxlanılıb

Ermənistanda tanınmış müğənni Aykaram Qevondyanın (Spitakci Hayko) oğlu Qraçya Qevondyan saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.

Məlumata görə, Qraçya Qevondyan bir qrup şəxslə hökumət, parlament və polis binalarını zorakılıqla ələ keçirməyi planlaşdırmaqda ittiham edilir.

Onun 26 may mitinqi zamanı bu hərəkətləri etmək niyyətində olduğu vurğulanıb.

Hazırda Qevondyan saxlanılıb, buna telefon danışığının qeydə alınmasının səbəb olduğu bildirilib.

Məlumatda o da qeyd olunur ki, Qevondyan müxalif parlament fraksiyasının nümayəndələrindən birinə yaxındır. İstintaq Komitəsinin yaydığı bütün videokadrlarda Qevondyanın deputat Levon Koçaryanın (sabiq prezident Robert Koçaryanın oğlu) yanında olduğu görünür.

Qraçya Qevondyan Ermənistanda keçirilən etiraz aksiyalarında aktiv şəkildə iştirak edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024