Xəzər Xəbər

Keniyalı general helikopter qəzasında həlak olub FOTO

Dünya | 13:25 • 19 Aprel 2024
Keniyalı general helikopter qəzasında həlak olub

Keniyanın ən yüksək rütbəli hərbi zabiti - general Frensis Omondi Oqolla ölkənin qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

BBC telekanalı xəbər yayıb verir ki, Oqolla helikopterdə 11 hərbçi ilə birlikdə olub. Onlardan yalnız iki nəfəri qəzadan sağ qurtara bilib.

Keniya prezidenti Uilyam Ruto helikopterin qəzaya uğramasından sonra təcili Təhlükəsizlik Şurasını çağırıb. Onun sözlərinə görə, qəza paytaxt Nayrobidən 400 kilometr şimal-qərbdə, Elgeyo Marakvet qraflığında, helikopterin havaya qalxmasından az sonra baş verib.

Məlumatda bildirilib ki, hadisənin səbəbini müəyyən etmək üçün Keniya Hərbi Hava Qüvvələri tərəfindən təhqiqat qrupu yaradılıb.

Xəbər lenti

Çox oxunanlar