Xəzər Xəbər

Gürcüstan parlamentində deputatlar arasında əlbəyaxa dava olub

Dünya | 15:22 • 15 Aprel 2024
Gürcüstan parlamentində deputatlar arasında əlbəyaxa dava olub

Gürcüstan parlamentinin hüquq komitəsinin aprelin 15- də keçirilən iclasında “Vətəndaşlar” blokunun lideri Aleko Elisaşvili ilə parlament çoxluğunun lideri Mamuka Mdinaradze arasında mübahisə yaranıb.

Xezerxeber.az xəbər verir ki, mübahisə sonradan əlbəyaxa davaya keçib.

Vətəndaşlar partiyasının lideri Eliko Elisaşvili hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun rəhbəri Mamuka Mdinaradzeyə sillə vurub. Dava səbəbilə komitənin işinə fasilə verilib.

Mamuka Mdinaradze insidenti təxribat adlandırıb. O, deputat Aleko Elisaşvilinin davranışına “adekvat reaksiya” veriləcəyini deyib. Fasilədən sonra komitənin işi bərpa edilib. Hazırda qanun layihəsinin müzakirəsi davam etdirilir.

Qeyd edək ki, sözügedən qanun layihəsi ilə əlaqədar Gürcüstanda ciddi siyasi qarşıdurma yaranıb. Qanunun qəbul olunmasına etiraz edən müxalifət bu gün böyük mitinq keçirəcək.

Xəbər lenti