Xəzər Xəbər

BMT-nin Baş katibi: Yaxın Şərq genişmiqyaslı münaqişə astanasındadır

Dünya | 09:08 • 15 Aprel 2024
BMT-nin Baş katibi: Yaxın Şərq genişmiqyaslı münaqişə astanasındadır

Yaxın Şərq regionu genişmiqyaslı münaqişə astanasındadır, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir.

Xezerxeber.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib.

“Bölgədəki insanlar dağıdıcı tammiqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə bir çox cəbhədə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir", - deyə dünya təşkilatının rəhbəri bildirib.

Baş katib əlavə edib ki, nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024