Xəzər Xəbər

İran və İsrail rəsmilərindən bir-birinə zidd AÇIQLAMALAR

Dünya | 12:00 • 14 Aprel 2024
İran və İsrail rəsmilərindən bir-birinə zidd

İran İsrailə qarşı uğurlu əməliyyat həyata keçirib.

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hoseyn Salami bildirib.

Hoseyn Salami deyib ki, İran raket və pilotsuz uçuş aparatları İsrailin hava hücumundan müdafiə sistemlərini aşa bilib: “Biz bilirik ki, əməliyyatımız gözlənildiyindən uğurlu olub. İsrail tərəfindən növbəti aqressiv addıma cavab daha ağır olacaq”.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd isə növbəti addımlara hazır olduqlarını söyləyib:

"Bizim nöqteyi-nəzərdən əməliyyat başa çatıb. Əməliyyat tamamilə uğurlu olub. Ancaq İran Silahlı Qüvvələri zərurət yarandığı halda hərəkətə keçməyə hazırdır".

İsrail Baş naziri Binyamin Netenyahu isə X sosial şəbəkəsində paylaşımında yazıb ki, İranın hava hücumu dəf edilib.

Binyamin Netenyahu qeyd edib ki, İsrail və İsrail xalqı qalib gələcək.

İsrailin müdafiə naziri Yoav Qalant da deyib ki,  İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan İran mərmilərinin çoxunu zərərsizləşdirib, lakin israillilər yüksək hazırlıq vəziyyətində qalmalıdırlar.

“ABŞ və digər tərəfdaşlarla birlikdə İsrail dövlətinin ərazisini müdafiə edə bildik – bu, IDF-nin təsirli hərəkətlərinin nəticəsidir – biz ən böyük hücum dalğasının qarşısını aldıq və bunu uğurla həyata keçirdik”, - deyə nazir bildirib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024