Xəzər Xəbər

Jurnalistin bıçaqlanmasında şübhəli bilinən üç nəfər ölkədən çıxıb

Dünya | 16:30 • 3 Aprel 2024
Jurnalistin bıçaqlanmasında şübhəli bilinən üç nəfər ölkədən çıxıb

Londonda 36 yaşlı iranlı teleaparıcı Puria Zeraatinin bıçaqlanmasında şübhəli bilinən üç nəfər Böyük Britaniyanı tərk edib.

Bu barədə London polisi məlumat yayıb.

İranlı jurnalist ötən həftə evinin qarşısında bıçaqlanıb. Detektivlər müəyyən ediblər ki, London məhəllələrinin birində iki nəfər Puria Zeraatiyə yaxınlaşaraq onu ayağından bıçaqlayıblar. Onlar daha sonra üçüncü şəxsin idarə etdiyi “Mazda” markalı avtomobillə hadisə yerindən qaçıblar. Avtomobil qısa müddət sonra Yeni Malden bölgəsində tərk edilmiş vəziyyətdə tapılıb.

Polislər bildirib ki, şübhəlilər daha sonra Hitrou hava limanına gedib və Böyük Britaniyanı tərk ediblər.

Jurnalist xəstəxanadan evə buraxılıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar