Xəzər Xəbər

İsrail ordusu Qəzzadan sakinlərin təxliyə planını təqdim edib

Dünya | 09:14 • 26 Fevral 2024
İsrail ordusu Qəzzadan sakinlərin təxliyə planını təqdim edib

İsrail Müdafiə Qüvvələri ölkənin hərbi-siyasi kabinetinə Qəzza zolağındakı döyüş bölgələrindən əhalinin təxliyəsi planını təqdim edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib.

“Hərbi-siyasi kabinetin iclasında Qəzzadakı döyüş bölgələrindən əhalinin təxliyəsi və gələcək əməliyyat planları təqdim edilib. Həmçinin əhaliyə humanitar yardımın çatdırılması planı da təsdiqlənib”, - məlumatda deyilir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024