Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Aİ lideri “X” sosial şəbəkə hesabında bildirib.
Tərəflər Ermənistan-Aİ münasibətlərini və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib.
Şarl Mişel qeyd edib ki, Cənubi Qafqazda sülh gündəliyi Aİ-nin gündəliyində mühüm yer tutur.