Xəzər Xəbər

Qriqoryan İrana səfər edəcək

Dünya | 15:47 • 12 Fevral 2024
Qriqoryan İrana səfər edəcək

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan-İran Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün İrana səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə həmçinin xarici işlər nazirinin müavini Vaan Kostanyan, səhiyyə nazirinin müavini Lena Nanuşyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, Kristine Qaleçyan və Akop Vardanyan, iqtisadiyyat nazirinin müavini Narek Teryan daxildir.

Səfərin 13-15 fevral tarixlərində baş tutacağı qeyd olunub. Müvafiq qərar Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfindən imzalanıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024