Xəzər Xəbər

Husilər Qırmızı dənizdə ABŞ gəmisinə hücum ediblər

Dünya | 14:51 • 12 Fevral 2024
Husilər Qırmızı dənizdə ABŞ gəmisinə hücum ediblər

Yəməndəki qiyamçı “Ənsar Allah” hərəkatının silahlıları Qırmızı dənizdə ABŞ-nin “Star Iris” ticarət gəmisinə hücum ediblər.

Xezerxeber.az xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalının efirində deyib.

“Yəmən donanması Qırmızı dənizdə ABŞ-nin “Star Iris” gəmisinə raketlərlə dəqiq zərbələr endirib”, - deyə Yəhya Səriya bildirib.

Bir müddət öncə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdində fəaliyyət göstərən dəniz ticarət daşımalarının koordinasiya mərkəzi ticarət gəmisinin Moha liman şəhərindən 40 mil cənubda hücuma məruz qaldığı barədə məlumat yayıb.

Qeyd edək ki, “Ənsar Allah” hərəkatı Qəzza sektorunda döyüşlər başlayanda İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və yəhudi dövləti ilə əlaqəsi olan gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəyini elan edib. Ötən il noyabrın ortalarından bəri husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla gəmini atəşə tutub. ABŞ ordusu isə buna cavab olaraq beynəlxalq koalisiya ilə birgə Yəmənin bir sıra şəhərlərində, o cümlədən paytaxt Sənada husilərin hədəflərinə zərbələr endirib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024