Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyan azadlığa buraxılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Ani Qevorqyan və işlə saxlanılan Lili Mkryan girov müqabilində zaminə buraxılıblar.
Xatırladaq ki, 1 fevral tarixində Ani Gevorqyan saxlanılıb və onun saxlanılmasına səbəb kimi onun İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində “Synergy” şirkətinin əməkdaşı kimi iştirak etməsi göstərilib, işlə bağlı 7 nəfər saxlanılıb.